Medinanın durumu açıqlandı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə “Napoli”yə qarşı matçda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu bəlli olub. Medinanın sabahdan komanda ilə məşqlərə qoşulması gözlənilir.
Qeyd edək ki, “Napoli” ilə oyun zamanı rəqibin futbolçusu Skott Maktomineyin 51-ci dəqiqədə qapıya vurduğu top Medinanın üzünə dəyib və nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb.







