featured-image-17742

Futbol üzrə Meksika millisinin kapitanı Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən mundialda Argentina ilə matçında meydana çıxmaqla nail olub.

Quardado karyerasında 5-ci dəfə dünya çempionatında oyuna çıxıb. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi və Kristiano Ronaldoya (Portuqaliya) çatıb.

Ondan öncə bu mundialda Messi və Ronaldo da rekordçular sırasına düşmüşdü. Quardado sözügedən rekordu DÇ-2022-də təkrarlayan üçüncü oyunçu olub.

Karyerası ərzində “Atlas”, “Deportivo”, “Valensiya”, “Bayer” və PSV kimi klublarda da oynamış Quardado, 2017-ci ildən “Betis”in uğurları üçün çalışır.

Xatırladaq ki, Meksika yığması Argentina ilə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Bənzər xəbərlər