featured-image-81166

Azərbaycan U-21 millisinin hücumçusu, Kiprin “Pafos” komandasında çıxış edən Murad Məmmədov UEFA Avropa Liqasının III təsnifat mərhələsində meydana çıxıb.

Msport.az xəbər verir ki, “Pafos” ilk oyununda səfərdə “Zalsburq”la qarşılaşıb.

Görüş Avstriya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Pafos” cavab matçı öncəsi minimal fərqlə geri düşüb. Komandalar arasında ikinci qarşılaşma 13 avqustda keçiriləcək. Murad Məmmədov oyunun 80-ci dəqiqəsində meydana çıxıb.

Məmmədov bundan əvvəl 30 iyulda UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Hayduk Split”lə cavab görüşündə də meydana çıxıb. Futbolçumuz 82-ci dəqiqədə oyuna qoşulub və qarşılaşmanın sonuna qədər meydanda qalıb.

“Pafos” həmin matçda Xorvatiya təmsilçisini 4:0 hesabı ilə məğlub edib. Kipr klubu ilk görüşdə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, cavab qarşılaşmasındakı böyükhesablı qələbə sayəsində mərhələ adlayıb və “Zalsburq”a rəqib olub.

Bənzər xəbərlər