"Mənim Ronaldu ilə problemim yoxdur" - Portuqaliya millisinin baş məşqçisi
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştianu Ronaldunun vəziyyəti ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, ulduz futbolçu Norveçlə oyunda meydana çıxmadığı üçün narazı qalıb. Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa isə Danimarka ilə Millətlər Liqasındakı matçdan öncə Kopenhagenə gedib.
Mətbuatın yazdığına görə, o, baş məşqçi ilə Ronaldunu barışdırmağa çalışıb.
-Kriştianu Ronaldu niyə narazıdır? Əgər problem yoxdursa, o zaman niyə Ronaldu ilə federasiya prezidenti Proensa arasında görüş keçirilib?
-Məsələ cavab verməyə çətinlik çəkməyimdə deyil. Lakin indi bütün diqqətimiz Danimarka ilə oyuna yönəlib. Deyəsən, biz bura futbol oynamağa gəlmişik. Bu, siz dediyindən daha vacibdir. Heç bir insident olmayıb. Mən artıq izah etmişəm ki, nə baş verib. Bir daha izah edim. Mənim problemim yoxdur. Bunu şişirtməyə çalışmayın. Norveçlə oyunda düşündüm ki, o mənə lazım ola bilər və Ronaldu isinməyə başladı. Sonra mən onu meydana buraxmadım. İstənilən futbolçu 20-30 dəqiqə isinib sonra meydana çıxmayanda buna şad olmur, xüsusən də Ronaldu.
Federasiya prezidenti əlbəttə, gəlib, o, komandanın yanında olmalıdır. O, həm də öyrənmək istədi ki, nə baş verib. Axşam yenəyindən sonra biz əslində mövcud olmayan problemi həll etdik”.







