Məşhur iranlı futbolçudan Azərbaycana dəstək - FOTO
Almaniyanın “Bayer Leverkuzen” klubunun hücumçusu Sərdar Azmun Cənubi Azərbacana dəstək verib.
Msport.az xəbər verir ki, İran millisinin futbolçusu bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edib.
27 yaşlı forvard sosial şəbəkədə “Yaşasın Azərbaycan” yazaraq, Güneydəki soydaşlarımızla həmrəylik nümayiş etdirib.
Qeyd edək ki, Azmun İranda hökumət əleyhinə aksiyaları dəstəkləyir. O, bir neçə gün öncə “Ölkəmin xanımları, cəsur qadınlar! Ümid edirəm ki, bir gün bütün dünya sizə hörmətlə yanaşacaq” paylaşımı ilə gündəmə gəlmişdi.








