Məşqçi kurslarına yekun vuruldu
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Msport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib. Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib.
Lisenziyaları iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.