featured-image-1155

“Şamaxı” – “Neftçi” (1:2) oyunundan sonra mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Şamaxıda ilk oyunumuz idi. Yaxşı nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirdik. Son çempiona qarşı oynayırdıq. Matçın çətin keçəcəyini bilirdik. Yaxşı qurulmuş komandaya qarşı oynayırdıq. İstədiyimiz futbolu oynamağa çalışdıq. İlk hissədə bu daha çox nəzərə çarpdı, qol da vurduq. Sona qədər öndə pressinq etmək asan deyil. Fasilədən sonra plan dəyişikliyi oldu. Futbolçular sona qədər mübarizə apardılar. “Neftçi”nin usta oyunçuları oyunun taleyini həll etdi. Bu azarkeşlərin qarşısında məğlub olmaq təsiredicidir. Gələcəkdə onları sevindirməyə çalışacağıq.

– Oyuna baxanda elə gəlirdi ki, komanda əvvəldən burda oynasaydı, indi turnir cədvəlində daha yüksək sıralarda idi…

– Çox yaxşı atmosfer var idi. Belə olanda, futbolçulara əlavə motivasiya vermək lazım olmur. Bəlkə də belə dəstək qarşısında oynasaq daha irəli pillələrdə ola bilərik.

– Klub prezidenti Zaur Axundov dedi ki, neçənci dəfədir, komanda hesabda önə keçir, sonra müdafiəyə oturur…

– “Neftçi”nin də müdafiədə daha çox olduğu oyunlar olur. Buna rəqib daha çox məcbur edir. Komanda şəklində hücum edib, müdafiə olunmaq istəyirik. Rəqib məcbur edir ki, geri çəkiləsən. Bəzən hücuma çıxmaq zaman alır. Bu, rəqibin təzyiqindən irəli gəlir.

– Zaur bəy mövsümün sonunda dəyişikliklərin olacağını da dedi. Bu, məşqçilərlə bağlıdır, yoxsa futbolçu heyəti ilə?

– Hazırda heç bir danışıq olmayıb. Komandanın başındayam. Gələcəkdə nə olacağını mən də bilmirəm. Məşqçi, yoxsa futbolçu dəyişikliyi olacağını gözləyirik. İşimi maksimum görməyə çalışıram. (Futbolpress.az)

Bənzər xəbərlər