featured-image-17748

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin ikinci turunun Meksika yığması ilə oyunda (2:0) qazandıqları qələbəni şərh edib.

Msport.az xəbər verir ki, o, ikinci hissədə daha yaxşı çıxış etdiklərini deyib:

“Çox çətin matç oldu. Meksikanın güclü baş məşqçisi var. İkinci hissədə daha sakit və normal oynamağa başladıq, topa nəzarət bizim tərəfimizə keçdi. Biz qalib gəlməliydik”.

Messi zədələnməsinə dair yayılan fikirlərə də münasibət bildirib:

“Zədə? Bilmirəm niyə bu qədər çox fikir səsləndirildi. Həqiqət budur ki, hər şey yaxşı idi. Mən normal məşq etdim”.

İki turdan sonra qrupa Polşa millisi başçılıq edir. Argentina ikinci, Səudiyyə Ərəbistanı üçüncü, Meksika isə sonuncu pillədə qərarlaşıb.

Qrup mərhələsinin sonuncu matçında Argentina Polşa ilə, Meksika isə Səudiyyə Ərəbistanı millisi ilə qarşılaşacaq.

Bənzər xəbərlər