Miçel hakimdən narazı qaldı: "Romaoya daha ağır cəza verilə bilərdi"
“Olimpiakos”un baş məşqçisi Miçel Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunundan (0:0) sonra hakimlikdən narazı qalıb.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Mvillaya qarşı kobudluğa görə daha sərt cəza verilə biləcəyini deyib:
“Romaonun güclü zərbəsindən sona Mvillanın topuğunda şiş əmələ gəlib. Hakim olmaq məşqçi olmaq qədər çətindir. Mvillanın ayağına endirilən zərbə yalnız sarı vərəqə ilə cəzalandırıla bilməyəcək qədər ağır idi. Rəqib futbolçuya daha ağır cəza verilə bilərdi”.