featured-image-82264

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə ilk het-trik qeydə alınıb.

Msport.az xəbər verir ki, “Sabah”ın bombardiri Coy Lens Mikels Mikels “Zirə” ilə ev oyununda (5:0) üç dəfə fərqlənib.

Bu, həm də futbolçunun Premyer Liqada ilk het-triki olub. Mikelsin 2-ci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-ci top olub.  Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız “Sabah”da çıxış edən forvard debüt etdiyi 2021/22 mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.

Mikels Azərbaycan çempionatları tarixinə yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb. O, gürcüstanlı Georgi Adamiyaya çatıb. Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.

Mikels həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.

Bənzər xəbərlər