featured-image-46915

“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda komandanı tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında bildirib.

Yaxın həftələrdə klub rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazım olan addımları atacaq. Onun sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, “Milan” 32 turdan sonra 69 xalla ikinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər