“Milan”ın hücumçusu əməliyyat olunacaq
“Milan”ın hücumçusu Santiaqo Ximenes ayaq biləyi problemləri səbəbindən əməliyyat etdirəcək.
Msport.az xəbər verir ki, prosedur bu gün həyata keçiriləcək və əməliyyatın məqsədi sümüyün bərpasıdır.
Çünki bağlar və xırda oynaq zədələnməyib. “Milan” ümid edir ki, futbolçu təxminən 6 həftə sonra meydanlara qayıda biləcək. Maksimal bərpa müddəti isə 2 ay olaraq qiymətləndirilir.
Qeyd edək ki, cari Seriya A mövsümündə Meksikalı hücumçu 9 matçda iştirak edib və heç nə ilə yadda qalmayıb.







