Milinkoviç-Saviç uğrunda mübarizə
“Torino”nun və Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, Premyer Liqanın iki nəhəngi 28 yaşlı futbolçunun xidmətində maraqlıdı.
Belə ki, “Çelsi” və “Mançester Siti” onu heyətinə qatmaq uğrunda mübarizə aparır. İtaliya təmsilçisi isə qolkiperinin satışından 20 milyon avro gəlir əldə edə bilər. Çünki onun müqaviləsində məhz bu məbləğ təzminat kimi qeyd olunub.
Qeyd edək ki, Vanya hazırda “Əl-Hilal”da çıxış edən Sergey Milinkoviç-Saviçin qardaşıdı.