featured-image-13120

Millələr Liqasının C divizionunda mübarizə aparan Gürcüstan yığması sentyabrın 23-də Şimali Makedoniyanı qəbul edəcək.

Msport.az xəbər verir ki, Tiflisdəki “Dinamo” stadionunda keçiriləcək oyuna böyük maraq var. 24 saat ərzində matça 54 min bilet satılıb.  Qeyd edək ki, arena 54 139 tamaşaçı tutumuna malikdir.

Gürcüstan komandası 7 oyundan sonra 10 xalla  qrupun lideridir.  7 xal toplayan Şimali Makedoniya 2-ci pillədədir. Bolqarıstan 3 xalla 3-cü, hesabında 1 xalı olan Cəbəllüttariq isə sonuncu 4-cü yeri tutur.

Bənzər xəbərlər