featured-image-54214

UEFA Millətlər Liqasında II turun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Msport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Mehdi Cənnətov ən çox qurtarış edən iki qapıçıdan biridir.

32 yaşlı qolkiper iki qarşılaşmada 12 “seyv”lə yadda qalıb. Estoniyalı Karl Yakob Heyn də eyni sayda qurtarış edib.

Qeyd edək ki, Azərbaycan millisi I turda evdə İsveçə (1:3), ardınca səfərdə Slovakiyaya (0:2) uduzub.

Bənzər xəbərlər