featured-image-48067

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə mübarizə aparacaq.

Msport.az xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.

Bənzər xəbərlər