featured-image-70705

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin IV turunda Ukrayna ilə oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu Fransa ilə görüşün ikinci hissəsində meydana buraxılmalı idi.

Lakin taktiki səbəblərə görə, onun əvəzinə başqa futbolçu meydana daxil edilib. Bu qərar “Motor”da çıxış edən və hazırda ən yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Dadaşov növbəti oyunun – Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.

Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.

Bənzər xəbərlər