featured-image-81450

Azərbaycanın 15 yaşadək qızlardan ibarət futbol üzrə milli komandası Qazaxıstanda UEFA İnkişaf turnirində mübarizə aparır.

Msport.az xəbər verir ki, yığmamız Çimkənd şəhərində rusiyalı həmyaşıdları ilə qarşılaşıb.

Görüş Rusiya komandasının 13:0 hesablı qələbəsi ilə başa çatıb. Rusların heyətində Nikol Mikaelyan 7 qol vurub.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Qazaxıstana 1-2 hesabı ilə uduzub.

 

Bənzər xəbərlər