Millimiz B Liqasında ilk oyununu keçirib
Qadın futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Msport.az xəbər verir ki, Siyasət Əsgərovun komandası B liqasının 1-ci qrupu çərçivəsində səfərdə Macarıstan yığması ilə üz-üzə gəlib.
Szeged şəhərindəki “Szent Gellért Fórum” stadionunda keçirilən matçda hesabı meydan sahibləri açıblar. “İnter”də çıxış edən Henrietta Csiszar 44-cü dəqiqədə fərqlənib. Millimiz 74-cü dəqiqədə hesaba tarazlıq gətirib. Sevinc Cəfərzadə penalti zərbəsini dəqiq yerinə yetirib.
Yığmamız növbəti oyununu aprelin 9-da “Dalğa Arena”da İsveçrə seçməsinə qarşı keçirəcək. Görüş saat 16:00-da başlayacaq.