Millimiz Bakıda İsveçə uduzdu
Azərbaycan yığması UEFA Milətlər Liqasında ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, seçməmiz Bakıda İsveçi sınağa çəkib.
Bu oyun portuqaliyalı mütəxəssis Fernandu Santuşun yığmamızdakı debütü ilə yadda qalıb. Qarşılaşma millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bütün qollar fasilədən sonra vurulub. Yığmamızın hücumçusu Ramil Şeydayev birinci hissəyə əlavə olunmuş dəqiqlərdə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniya ilə münasibətlərə aydınlıq gətirəcək.
UEFA Millətlər Liqası
5 sentyabr
Azərbaycan – İsveç – 1:3
Qollar: Renat Dadaşov, 82 – Aleksander İsak, 65; 71. Viktor Qyökeres, 80 (pen.)
Baş hakim: Balaş Berke
Dəqiq olmayan penalti: Ramil Şeydayev, 45+2