Millimiz Bolqarıstan səfərində
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
31 mart
20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21)
Hakimlər: Denis Şurman, Dmitro Zaporojenko, Viktor Nijnik, Dmitro Pançişin (hamısı Ukrayna)
Plovdiv, “Xristo Botev”







