featured-image-45546

Bu gün Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində ikinci matçına çıxacaq.

Msport.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Bolqarıstan seçməsini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi estoniyalı hakim Kristo Tohver olacaq.

Qeyd edək ki, millimiz Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər