featured-image-55921

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.

Msport.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsini qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı oyun saat 20:00-da başlayacaq.

Matçın baş hakimi Norveçdən olan FIFA referisi Rosit Saqqi olacaq.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup 

IV tur

Azərbaycan – Slovakiya 

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Bənzər xəbərlər