Millimiz dünya çempionu oldu, yeni rekorda imza atdı
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında birinci yeri tutub.
Msport.az xəbər verir ki, yığmamız 3 qızıl medal sayəsində 85 xal toplayaraq, komanda hesabında dünya çempionu olub.
Millimiz bununla ardıcıl 2-ci dəfə bu uğura yiyələnib. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Güləşçilərimiz ikinci dəfə dünya kubokunu qazanmaqla böyüklər arasında güləş növlərində yeni rekorda imza atıblar.
Qeyd edək ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub.