featured-image-1055

19 yaşadək qadın futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, yığmamız B liqasının 1-ci qrupunda Farer adaları ilə qarşılaşıb. Millimiz 2:0 hesabı ilə qalib gəlib.

Qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.

Qeyd edək ki, yığmamız qrupda ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.

Bənzər xəbərlər