featured-image-46123

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Msport.az xəbər verir ki, Azərbaycan yığması dünyada 112-cidir.

Komandamızın hesabında 1177,83 xal var. Millimiz ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.

Buna hesabat dövründəki matçların nəticələri səbəb olub. Yığmamız “FİFA Series”də Monqolustana 1:0 hesabı ilə qalib gəlib və Bolqarıstanla heç-heçə edib – 1:1.

Qeyd edək ki, siyahıya Argentina başçılıq edir – 1858,00 xal.

Bənzər xəbərlər