Millimiz “Kəpəz”ə uduzdu
Bakıda təlim-məşq toplanışını başa vuran 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, birinci divizion təmsilçisi “Kəpəz”lə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. U-20-nin yeganə qolunu Murad Vəliyev vurub.
Gəncə klubundan Emil Qasımov və Bəhruz Teymurov fərqlənib.