Millimiz Latviyaya da məğlub oldu
Maltada təlim-məşq toplanışında olan milli komandamız növbəti yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, komandamız Latviyaya uduzub – 0:1.
Ta Qali şəhərindəki Milli Stadionda keçirilən oyunda yığmamız 30-cu dəqiqədə azlıqda qalıb.
Qara Qarayev Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb. Baş hakim Trustin Farruca Kann “sonuncu ümid folu”-na görə Qarayevə birbaşa qırmızı vərəqə göstərib.
Latviya seçməsi 85-ci dəqiqədə fərqlənib. Standart vəziyyətdən sonra Vladislav Qutkovski topu qapıdan keçirib.
90-cı dəqiqədə rəqibin heyətində Kaspar Dubra ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Komandalar arasında əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib – 1:1.
29 mart
Yoldaşlıq oyunu
Azərbaycan – Latviya – 0:1
Qol: Qutkovski, 86
Qırmızı vərəqə: Qara Qarayev, 30 (Azərbaycan), Kaspar Dubra, 90 (Latviya).