featured-image-1168

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Yığmamız 1-ci dəqiqədə hesabı açsa da, üstünlüyünü sona kimi saxlaya bilməyib.

Qeyd edək ki, millimiz ilk matçda  Farer adalarına 2:0 hesabı ilə qalib gəlib.

9 aprel

17:00. Azərbaycan – Malta – 1:2
Qollar: 
Səfərəliyeva, 1 (1:0), Villis, 62 (1:1) Farrugia, 69 (1:2)
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)

İnver Park. Larne

Bənzər xəbərlər