Millimiz səfərdə Estoniyaya uduzdu
Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.
Msport.az xəbər verir ki, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.
Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasi Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn müəyyənləşdirib.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 14-də Bakıda Slovakiyaya qarşı keçirəcək.