Millimiz Şotlandiyaya böyük hesabla uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu komanda səfərdə Şotlandiyaya 2:5 hesabı ilə uduzub.
Kilmarnok şəhərində baş tutan matçda yığmamızın qollarını Nəriman Axundzadə (21) və Raul Məmmədov (70) vurublar.
Xatırladaq ki, Azərbaycan millisi 9 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 14 xalla üçüncü pillədə qərarlaşıb.







