Millimiz Türkiyəyə məğlub oldu
Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Msport.az xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığmamız səfərdə Türkiyə seçməsi ilə qarşılaşıb.
Ərzincanda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Türkiyə komandasının yeganə qolunu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.
Bu qalibiyyətdən sonra “ay-ulduzlular” xallarının sayını 6-ya çatdırıb. Millimizin hesabında 1 xal var.
Komandamız qrupda növbəti oyununu Bakıda Türkiyə yığmasına qarşı keçirəcək. Görüş iyunun 4-də saat 19:00-da “Dalğa Arena”da start götürəcək.