Millimiz Ukraynanı qəbul edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti matçına bu gün çıxacaq.
Msport.az xəbər verir ki, millimiz Ukraynadan olan həmyaşıdlarını qəbul edəcəklər.
“Azersun Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. Matçın baş hakimi xorvatiyalı Dario Bel olacaq.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.