featured-image-640

Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət milli komandamız hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Nəriman Axundzadə vurub.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.

Bənzər xəbərlər