featured-image-601

“Bursaspor”un futbolçusu Namik Ələskərov millimizin qarşıdakı yoldaşlıq oyunlarını buraxa bilər.

Msport.az xəbər verir ki, bu barədə yığmamızın baş məşqçisi Canni De Byazi məlumat verib.

O, milliyə çağırılan Ələskərovun zədədən əziyyət çəkdiyini söyləyib. İtaliyalı mütəxəssis oyunçunun  matçlarda iştirakının sual altında olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

Bənzər xəbərlər