Millimizdən 2 gümüş və 2 bürünc medal
Gürcüstanın paytaxı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Msport.az xəbər verir ki, yarışın son günündə tatamiyə çıxan 4 cüdoçumuzdan ikisi finala yüksəlib.
90 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yalnız həlledici görüşdə Gürcüstan idmançısı Laşa Bekauriyə uduzaraq, gümüş medala sahib olub.
+100 kq çəki dərəcəsindəki təmsilçimiz Uşanqi Kokauri də yarışı 2-ci yerdə başa vurub. O, finalda Quram Tuşişviliyə (Gürcüstan) məğlub olub.
Azərbaycan komandası “Böyük Dəbilqə” yarışını 2 gümüş və 2 bürünc medalla başa vurub. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) turnirdə bürünc medal əldə ediblər.