featured-image-44512

Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.

Msport.az xəbər verir ki, millimiz bu oyunlara  Arif Əsədovun rəhbərliyi altında çıxacaq.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-də isə saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bənzər xəbərlər