featured-image-55009

Gənc taekvondoçular arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, oktyabrın 1-6-da Koreya Respublikasının Çunçeon şəhərində keçiriləcək mundialda qüvvəsini sınayacaq milli üzvlərinin adları bəlli olub.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) şans verəcək.
Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimovanı (68 kq) sınayacaq.

Komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.

Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da yer alacaq.

Qeyd edək ki, millimiz bu gün Çunçeona yollanıb.

Bənzər xəbərlər