Millimizin futbolçusu Finlandiya klubunda
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək.
Msport.az-ın məlumatına görə, Niderlan təmsilçisi “Eyndhoven”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib.
O, Helsinki klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən “Eyndhoven”in formasını geyinib.