featured-image-49767

“Qarabağ” klubunun əvəzedici komandasının və Azərbaycanın U-19 millisinin müdafiəçisi Nihad Əliyev Msport.az-ın suallarını cavablandırıb.

– İlk olaraq başa çatan mövsümlə bağlı fikirlərini almaq istərdik. Əvəzedicilər Liqasında 51 xalla beşinci oldunuz. Yəqin ki, nəticə sizi qane etmədi…

– Mövsümün əvvəlində yaxşı başlamışdıq. Lakin sonra komanda zədələrlə üzləşdi. Beləliklə, gözlənilməz xal itkiləri yaşandı. Çempionatı daha yüksək pillədə bitirə bilərdik.

– Mövsümü özün üçün necə dəyərləndirisən?
-Məncə, pis keçmədi. Amma daha yaxşı hazırlaşıb komandama daha çox kömək etmək istəyirəm.

– Səncə, yaxın müddətdə “Qarabağ”ın əsas komandasına cəlb olunmaq ehtimalın varmı? Bunun üçün çalışırsanmı?
– Bunu məşqçilər daha yaxşı bilər. Əsas komandaya cəlb olunmaq üçün əlimdən gələni edirəm. Hazırda məqsədim də budur.

media-IMG-20240622-WA0006

– Moldovada təşkil olunan yoldaşlıq turnirində U-19 millisinin heyətində yer aldın. Yarışla bağlı nə deyə bilərsən?
– Yığmanın heyətində olmaq sevindirici və qürurvericidir. Turniri ikinci sırada başa vurduq. Bizim üçün gözəl təcrübə idi. Yarış komandamız üçün də yaxşı keçdi.

– Gələcək karyeranla bağlı hədəflərin nədir?
– İlk olaraq “Qarabağ”ın əsas komandasında çıxış etmək istəyirəm. Daha sonra Avropada yaxşı klublarda forma geyinməyi hədəfləyirəm.

Bənzər xəbərlər