“Sabah” millimizin futbolçusu ilə vidalaşdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Veysəl Rzayev “Sabah”dan ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində bildirilib.
Yarımmüdafiəçi “Turan Tovuz”a keçib.
Qeyd edək ki, Veysəl Rzayev ötən mövsüm icarə əsasında Tovuz klubunun formasını geyinib.