Millimizin futbolçusu “Zirə”də - RƏSMİ
“Zirə” yeni futbolçuyla anlaşıb.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi Ayxan Hüseynovu heyətinə qatıb.
“Turan Tovuz”dan ayrılan yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib. Hüseynov eyni zamanda Azərbaycan millisinin üzvüdür.







