Millimizin futbolçusuna 2-ci dəfə "povestka" gəlib
Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayev ikinci dəfə ordu sıralarına çağırılıb.
Bu barədə Msport.az-a veteran müdafiəçinin özü məlumat verib.
O, 2011-ci ildə Suriyadakı müharibə zamanı da qismən səfərbərliklə bağlı çağırış məktubu aldığını bildirib: “Hərbi komissarlığa çağırıb boyumu, çəkimi ölçmuşdülər. Sadəcə, həmin vaxt vəziyyət bir qədər fərqli idi. Nə etmək olar? Çağırıblarsa, getmək lazımdır”.
Qeyd edək ki, Emin Ağayevə Ukraynadakı müharibə ilə əlaqədar bu yaxınlarda da çağırış məktubu gəlib. Ötən mövsümün sonunda “Səbail”dən ayrılan məşqçi bir müddət öncə Rusiyanın “Ximki” klubunun U-19 komandasında Nazim Süleymanovun köməkçisi təyin olunub.