Millimizin futbolçusunun müqaviləsi uzadıldı
Niderlandın “Eyndhoven” klubu millimizin futbolçusu Ozan Can Kökçü ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Klub oyunçunun müqaviləsinin uzadılması bəndini aktivləşdirib.
Qeyd edək ki, Ozan Can Kökçü cari mövsüm ölkə çempionatında 11 qol, 3 assistlə yadda qalıb. “Eyndhoven” isə 34 turdan sonra 38 xalla 20 komanda arasında 15-ci pillədə qərarlaşır.