Millimizin futbolçusunun uğursuz səfər oyunu
Azərbaycanlı futbolçu Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Avropa Liqasında 3-cü təsnifat mərhələsində “Şemrok Rovers” qarşısına çıxıb.
Msport.az xəbər verir ki, İrlandiyada baş tutan ilk görüşdə ev sahibi 3:1 qalib gəlib.
Millimizin üzvü bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə əvəzlənib. Cavab görüşü 1 həftədən sonra Albaniyada keçiriləcək.







