Millimizin heyəti açıqlandı
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Msport.az xəbər AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək.
İyulun 8-də isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.
Toplanışa dəvət olunan futbolçuların siyahısı:
| S | AD/SOYAD | KLUB |
| 1 | Aytac Şərifova | Trabzonspor (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | KDZ Eregli Spor (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Mehriban Şahməmmədova | Neftçi |
| 5 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
| 6 | Nərgiz Hacıyeva | Aktobe (Qazaxıstan) |
| 7 | Manə Mollayeva | Neftçi |
| 8 | Ayşən Əhmədova | Krılya Sovetov (Rusiya) |
| 9 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
| 10 | Diana Məmmədova | Yenisey (Rusiya) |
| 11 | Fidan Cəfərova | Baku Juniors |
| 12 | Vüsalə Hacıyeva | Amedspor (Türkiyə) |
| 13 | Kamilla Məmmədova | Okjetpes (Qazaxıstan) |
| 14 | Firəngiz Teymurova | Neftçi |
| 15 | Jalə Məhsimova | Bəylərbəyi Spor (Türkiyə) |
| 16 | Yeliz Acar | Fatih Vətən (Türkiyə) |
| 17 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
| 18 | Esra Manya | Beşiktaş (Türkiyə) |
| 19 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
| 20 | Coşqunə Əliyeva | Neftçi |
| 21 | Sevinc Cəfərzadə | Eastern Flames (Səudiyyə Ərəbistanı) |
| 22 | Milana Rəhimova | Neftçi |
| 23 | Nazlıcan Parlak | Qalatasaray (Türkiyə) |
| 24 | Vüsalə Seyfəddinova | Olimpiada Imittou (Yunanıstan) |
Qeyd edək ki, millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.







