Millimizin heyətində daha bir ciddi itki
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Msport.az xəbər verir ki, Toral Bayramov zədə səbəbindən yığmanın düşərgəsini tərk edib. O, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa millisinə qarşı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, yığmamızın digər üzvü Elvin Cəfərquliyev də sözügedən görüşü buraxacaq. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Elvin 2 gün əvvəl İslandiya ilə matçda da iştirak etməyib.







