featured-image-79926

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyulun 6-dan 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq və Avropa çempionatının seçmə mərhələsində (EBSL) iştirak edəcək.

Msport.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığması ilə qarşılaşacaq.

Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.

 

Milli komandaya dəvət edilən oyunçuların adlarını nəzərinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

Bənzər xəbərlər