Millimizin məşqçisi “Şəmkir”də
II Liqada çıxış edən “Şəmkir” klubunda yeni məşqçi təyinatı olub. Msport.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Rüfət Quliyev Qərb klubunda işə başlayıb.
O, 2025/26 mövsümündə komandada köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
Futbolçu kimi Azərbaycan millisinin formasını geyinən, “Qarabağ”, “Turan”, “Şəfa” və Quliyev, İranın “Esteghlal” klubunun heyətində Asiya Çempionlar Liqası və Kuboklar Kuboku yarışlarında iki dəfə bürünc medal qazanıb. O, məşqçi kimi isə “Ağsu”, “Araz Saatlı” və “Bylis” (Albaniya) komandalarında çalışıb.