featured-image-45272

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara hakim təyinatları bəlli olub.

Msport.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev Tanzaniya – Bolqarıstan matçını idarə edəcək.

Türkiyəli Zorbay Küçük Azərbaycan – Monqolustan qarşılaşmasında iş başında olacaq. Azərbaycan – Bolqarıstan görüşünün baş hakimi estoniyalı Kristo Tohver, Tanzaniya – Monqolustan oyununda isə Elçin Məsiyev fit çalacaq.

22 mart
Tanzaniya  Bolqarıstan
“Liv Bona Dea Arena”. Saat 17:00
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov
22 mart
Azərbaycan  Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Zorbay Küçük (Türkiyə)
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Fəridə Lütfəliyeva
25 mart
Tanzaniya  Monqolustan
“Liv Bona Dea Arena”. Saat 17:00
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rəşad Əhmədov
25 mart
Azərbaycan  Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Kristo Tohver (Estoniya)
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)
Dördüncü hakim: İnqilab Məmmədov

Bənzər xəbərlər